Şikayət və təkliflərimiz

Müştəri xidmətləri ( müştəri hüquqları, məxfilik siyasəti, şikayət və təkliflər)


Müştəri hüquqları

 

  1. Marketimizdən alınan bütün məhsulları alışveriş etdiyiniz gündən 14 gün keçməmək, malı istifadə etməmək və qablaşdırılmanı pozmamaq şərti ilə qəbzlə birlikdə həmin marketdə dəyişə və ya qaytara bilərsiniz. Məhsulu dəyişdirən zaman, satışda həmin məhsul yoxdursa, istehlakçı dəyərini yenidən hesablamaq şərti ilə istədiyiniz başqa bir məhsulu ala və ya qaytarılan məhsulun dəyəri məbləğində olan pulu geri götürə bilərsiniz.
  2. Məhsulun(eyni barkod,ad,ölçü vahidi və miqdarı) rəfdə olan qiyməti ilə kassadakı qiyməti fərqli olduğu təqdirdə rəfdə olan qiymətə əldə edə bilərsiniz.
  3. Əgər aldığınız məhsulun son istifadə müddəti keçmiş məhsul olarsa, qəbz vasitəsilə həmin məhsulu qaytara və yenisini ödənişsiz əldə edə bilərsiniz.


Məxfilik siyasəti

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsi məlumatlarınız 3-cü şəxsə ötürülə bilməz.
Topsupermarket sizdən bəzi şəxsi məlumatlarınızı tələb edir və bu yalnız sizin istəyinizə bağlı olaraq bizə təqdim edilir. Əldə olunan məlumatlar kampaniyalar və digər yeniliklər barədə sizə məlumat vermək üçün istifadə olunur


Bütün şəxsi məlumatlarınız tamamilə qorunur.


Şikayət və təkliflər

Əgər narahatlığa səbəb olan hər hansı bir şikayətiniz varsa aşağıdakı formu doldura və ya info@topsupermarket.az elektron poçt ünvanına iradlarınızı yazılı şəkildə qeyd edə bilərsiniz.