Göbələk həzzi

Bu dəfə tam da bu soyuqlarda dərman olacaq “Göbələk şorbası” resepti ilə qarşınızdayıq. Bütün məhsulları Top Supermarketdən əldə edə bilərsiniz ✔

  • 250qr göbələk
  • 200 ml qaymaq
  • 1 baş soğan
  • 2 st su
  • 3 x.q günəbaxan yağı
  • 1 x.q un
  • 1 x.q kərə yağı
  • duz
  • istiot

Hazırlanması
Soğan və göbələyi kəsdikdən sonra günəbaxan yağında qızardırıq. Kərə yağını dərin bir qazanda əridirik, üstünə un səpib qarışdırırıq. Biraz qızarandan sonra üstünə 2 st qaynar su töküb yenidən qarışdırırıq.


Göbələyi və soğanı əlavə edib 10 dəqiqə bişiririk. Duz və istiot əlavə etdikdən sonra şorbanı blenderdən keçiririk.


Qaymağı tökürük, qaynamaq istəyən zaman qazın altını söndürürük.

 

Ən son bloglar
Avokadonun sehri!
Main Admin 2022.02.24
Əsrlərdən qalan sərvət
Main Admin 2022.02.03
Göbələk həzzi
Main Admin 2022.02.02