HAQQIMIZDA
sample72

Məqsədimiz

Bizim məqsədimiz pərakəndə satışdan daha artığına nail olaraq ölkənin bütün dəyərlərinə sadiq qalmaq şərti ilə innovasiya yönümlü yerli brendimizi bütün dünyada tanıtmaqdır.


Missiyamız

Bizim missiyamız ənənəvi satışla paralel olaraq ölkədə onlayn alış-veriş mədəniyyətinin inkişafını sürətləndirmək, müştərilərimizin işini asanlaşdırmaq, onlara dəyər verərək fayda qazandırmaq və müştərilərimizdən qazandığımız sevgi ilə daha da böyüyərək beynəlxalq bazarda öz yerimizi tutmaqdır.


Niyə Top supermarketdən alış-veriş edək?

Çünki biz məhsullarımızda

  1. Hər büdcəyə uyğun, münasib qiymətlər təklif edirik.
  2. Halallığa zəmanət veririk.
  3. Yüksək keyfiyyət və təzəliyi təmin edirik.
  4. Növbənöv və bol çeşidliliklə müştərilərimizin seçimini asanlaşdırırıq.


Çünki biz marketlərimizdə

  1. Rahatlığınızı həmişə düşünərək genişliyə önəm veririk.
  2. Müasir dizayn yaradaraq alış-verişdən zövq almağınızı təmin edirik.
  3. Bütün gigiyena qaydalarına əməl edirik.

 

Çünki biz əməkdaşlarımızla

  1. Operativ və peşəkar şəkildə xidmətinizdəyik.
  2. Bütün suallarınıza ətraflı cavab verməyə hazırıq.
  3. İrad və təkliflərinizi hər zaman dəyərləndiririk.